Fransada iğtişaşlar: bir gecədə 700-dən çox şəxs saxlanıldı
    • 2-07-2023, 10:55
    • 226

Fransada iğtişaşlar: bir gecədə 700-dən çox şəxs saxlanıldı

Fransa polisi gecə iğtişaşları nəticəsində 719 nəfəri saxlayıb.

News24.az xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerald Darmanin özünün Tvitter səhifəsində məlumat verib.

"Ötən gecə olduğu kimi, bu gecə də ölkədə 45 min polis və jandarm öz vəzifəsini yerinə yetirəcək", - Darmanin bildirib.

Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.