-
- 2-07-2023, 18:30
- 208
Fransa polisi etirazçılara qarşı PUA-lardan istifadə edəcək
Paris polisi paytaxtda və qonşu departamentlərdə qarşıdan gələn gecə üçün asayişi qorumaq məqsədilə dronlardan istifadəyə icazə verib.
Bu barədə idarənin “Twitter” səhifəsində dərc olunmuş məlumatda deyilir.
“Prefekturanın sərəncamı Parisdə, 92-ci departamentin bəzi kommunalarında, həmçinin 93-cü departamentdə bu gecə saat 18:00-dan (Bakı vaxtı ilə 20:00) bazar ertəsi səhər saat 06:00-a (Bakı vaxtı ilə 09:00) qədər dronlardan istifadə edərək şəkillərin çəkilişinə, baş verənlərin qeydə alınmasına və ötürülməsinə icazə verir”, - məlumatda bildirilir.
Qeyd edək ki, Fransada iğtişaşlar 17 yaşlı sürücünün iyunun 27-də yol patrulunun tələblərinə tabe olmaqdan boyun qaçıraraq öldürülməsindən sonra başlayıb. Əlcəzairli yeniyetməni güllələyən fransız polis məmuru nəzarətə götürülüb. Mərhumun dəfn mərasimi şənbə günü keçirilib./Tass/