“Fitch” “AZSIĞORTA” üzrə proqnozu yüksəltdi
    • 27-02-2019, 10:04
    • 982

“Fitch” “AZSIĞORTA” üzrə proqnozu yüksəltdi

“Fitch Ratings” nüfuzlu beynəlxalq reytinq agentliyi  "AZSIĞORTA" (“AzInsurance”) ASC üzrə proqnozunu Dayanıqlı (stable) səviyyəsinə yüksəldib və Sığortaçının Maliyyə Gücünü (Insurer Financial Strength – IFS) “B” səviyyəsində təsdiqləyib.

News24.az xəbər verir ki, “Fitch”, “AZSIĞORTA”-nın maliyyə gücü üzrə proqnozunun artırılmasını şirkətin 2017-ci ildə gözlənildiyindən daha yaxşı maliyyə göstəricilərinə nail olması və güclü kapital mövqeləri ilə əsaslandırıb. Həmçinin, 2018-ci ilin yekunlarına əsasən “AZSIĞORTA”-nın mənfəətinin 4,7 milyon manata qədər yüksəlməsi, zərərliyin 43%-dən 27%-ə endirilməsini və digər göstəricilərinin yaxşılaşdırılması nəticəsində maliyyə mövqeləri güclənmişdir. ““Fitch”-in bizim reytinq üzrə proqnozu Dayanıqlı səviyyəsinə yüksəltməsi son illər həyata keçirdiyimiz biznes strategiyamızın bazar tələblərinə cavab verməsinin sübutudur. Beynəlxalq agentlik bizim investisiya portfelimizin keyfiyyətinin yüksəlməsini, fokusu mənfəətliliyi yüksək olan məhsullara yönləndirməyimizi xüsusi qeyd edib” – deyə “AZSIĞORTA” şirkətinin Direktorlar Şurasının rəhbəri Viladi  Maniyev bildirib. “AZSIĞORTA” Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir.

Nigar MƏMMƏDLİ