Bakıda binanın zirzəmisində yanğın olub, 10 nəfər təxliyə edilib
    • 2-07-2023, 23:56
    • 192

Bakıda binanın zirzəmisində yanğın olub, 10 nəfər təxliyə edilib

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olub.

News24.az​​​ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 8 m² sahədə məişət tullantıları yanıb.

"Yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə bildirilib.