Kazandan olan erməni ailə Qarabağda görün, hansı işlə məşğuldur — FOTOLAR
    • 3-07-2023, 12:42
    • 4 094

Kazandan olan erməni ailə Qarabağda görün, hansı işlə məşğuldur — FOTOLAR

“Bez Tormozov” Teleqram kanalı Kazandan olan ailə - Tatyana Babayan, əri Artur Babayan, onların övladları Arkadi, Samvel və Aleksandranın fotolarını dərc edib.

News24.az
xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev paylaşım edib.

Bildirilir ki, onlar rus sülhməramlıların məsuliyyət zonasına 2020-ci ildən sonra yerləşdiriliblər. Tatyana sülhməramlı kontingentin təşkil etdiyi antiazərbaycan tədbirlərində fəal iştirak etməklə fərqlənir.

“Tatyana fevralın 26-da Xocalı faciəsinin ildönümü günü təşkil edilən Maslenitsada da iştirak edib. Maslenitsa məhz qadınların, uşaqların və qocaların vəhşicəsinə qətlə yetirildiyi Xocalı təpələrində qeyd olunub”, - məlumatda bildirilib.

Artur Babayanın sülhməramlı kimi “xidmət etdiyi” də istisna edilmir.