Özbəkistan XİN başçısı Azərbaycana səfər edəcək
    • 3-07-2023, 13:31
    • 268

Özbəkistan XİN başçısı Azərbaycana səfər edəcək

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Azərbaycana gələcək.

News24.az xəbər verir ki, Özbəkistan XİN başçısı Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin iclasında iştirak edəcək.

İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.