-
- 27-02-2019, 10:57
- 1 080
Xocalı soyqırımı ilə əlaqədar yürüşdə 55 mindən çox şəxs iştirak edib - FOTO
Ötən gün- fevralın 26-sı Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən yürüşə 55 mindən çox şəxs qatılıb.
News24.Az bildirir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ön sırada yer aldıqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər çoxsaylı şüarlar nümayiş etdirilib.
“Bu yürüş xalqla hakimiyyətin birliyini, vəhdətini və xalqın öz rəhbərinə verdiyi böyük dəstəyi bir daha göstərdi. Yürüşdə iştirak edən böyük insan kütləsi Xocalı soyqırımının heç zaman unudulmayacağını və bu qanlı cinayəti törədənlərin Azərbaycan prezidentinin apardığı siyasət, gördüyü işlər nəticəsində cəzasız qalmayacaqlarına xalqımızın inamını nümayiş etdirdi”, - deyə məlumatda qeyd olunub.
News24.Az