-
- 26-02-2019, 10:20
- 1 594
Azərbaycan Prezidentinin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı yürüş keçirilib - FOTO - VİDEO
Bakıda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə yürüş başlayıb.
News24.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak edirlər.
Yürüş Bakı Dəniz Vağzalı ərazisindən başlayıb və “Ana harayı” abidəsinə kimi davam edəcək. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalı, sözün bitdiyi yer" və s. çağırışlar və şüarlar nümayiş etdirilir.
Dövlət rəsmilərinin və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. https://youtu.be/vw-QQ94Yebg