Bakıda güclü zəlzələ oldu - VİDEO
    • 4-07-2023, 00:55
    • 1 821

Bakıda güclü zəlzələ oldu - VİDEO

Yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.
xxx

00:09


Xəzərin Azərbaycan sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

News24.az 
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxtın bir çox ərazilərində də hiss olunub.

Zəlzələdən bir neçə saniyə öncə bəzi android istifadəçilərinin telefonuna bildiriş də gəlib.

Qeyd edək ki, zəlzələ ən çox Xaçmaz və Quba rayonlarında hiss olunub.

Dağıntı və itkilər barədə məlumat yoxdur.