-
- 4-07-2023, 10:56
- 151
Zəlzələ anında neçə nəfər TƏBİB-ə müraciət etdi? - RƏSMİ
Ötən gün saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlər olub.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib. Qurumdan bildirilib ki, ümumilikdə 34 nəfər müraciət edib.
Məlumatda bildirilib ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub. Onlardan 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub.
Müraciətlər, əsasən, arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub.
Aynurə Pənahqızı