Bakıda 15 nəfəri gün vurdu
    • 8-07-2022, 15:08
    • 423

Bakıda 15 nəfəri gün vurdu

İyunun 22-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 15 nəfər müraciət edib.

News24.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müraciət edənlərdən 2 nəfərə yerində yardım, 13 nəfər isə xəstəxana şəraitində  ilkin tibbi yardım göstərilib.