"Konstustiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib”
    • 4-07-2023, 11:29
    • 323

"Konstustiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib”

“Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır”.

News24.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Qurum rəsmisi bildirib ki, 25 il ərzində Konstitusiya Məhkəməsi 25 545 qərar və 106 qərardad qəbul edib:

“Bu qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır. Məhkəmənin mühüm səlahiyyətlərindən biri konstusiya və qanunların şərhidir. Konstustiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib”.

Qeyd edək ki, bu gün Bakıda “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanununvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir.

Qumral Əliyeva