Ermənilər təşvişdə: Bakı “Qisas 3” əməliyyatına hazırlaşır - Türk general AÇIQLADI
    • 4-07-2023, 16:09
    • 371

Ermənilər təşvişdə: Bakı “Qisas 3” əməliyyatına hazırlaşır - Türk general AÇIQLADI

Ermənilər Azərbaycanın Qarabağda “Qisas 3” əməliyyatından qorxurlar. Xankəndidə işğalçı statusu daşıyan qüvvələrin yenidən silahlanması, Naxçıvan istiqamətində mütəmadi təxribatlar törətməsi fonunda Azərbaycanın “Qisas 3” əməliyyatına başlayacağı ilə bağlı fikirlər formalaşıb. Qanunsuz erməni silahlı dəstələrin təxribatına cavab olaraq ordumuzun keçirdiyi “Qisas 2” əməliyyatından sonra bunun davamlı olacağı gözləntisi var.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz News24.az-a açıqlamasında deyib ki, Bakının əsas tələbi qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması, o cümlədən, separatçıların terrorçu dəstələrinin tərkisilah edilməsidir:

“Bu, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqqıdır və tələb icra edilməsə, hərbi müstəvidə addımlar atıla bilər. 10 noyabr sazişinin imzalanmasından sonra Ermənistan verdiyi sözlərin böyük əksəriyyətini yerinə yetirmədi. Paşinyan atdığı imzanın arxasında olduğunu Brüsseldə, Vaşinqtonda, Moskvada göstərməli idi. Ermənilər sazişə əməl etmədikləri kimi davamlı olaraq terror fəaliyyətləri,  təxribatlar törətdilər. Separatçılar son zamanlar sərhəddə, Naxçıvan istiqamətində fəallaşdılar. Xankəndidəki işğalçı statusu daşıyan qüvvələrin silahlandırılması davam etdi, onlar silah-sursat yığaraq Azərbaycanı münaqişəyə təhrik etməyə çalışdırlar. Azərbaycan hər törədilən təxribatın cavabını artıqlaması ilə verdi və bütün bu çirkin fəaliyyətlərə baxmayaraq Ermənistana sülh əlini uzatdı. Lakin İrəvan terror fəaliyyəti ilə sülhsevər və xoş niyyətli olmadığını göstərdi”. 



General qeyd edib ki, Azərbaycanın səbrinin sərhəddi var: “Azərbaycan Xankəndidəki separatçılarım fəaliyyətlərinə, Naxçıvana yönəlik olan davranışlarına qarşılıq olaraq onlara beynəlxalq hüquq çərçivəsində cavab verəcək. Beynəlxalq hüquq Azərbaycana imkan verir ki, torpaqlarında yerləşən qanunsuz erməni silahlı ünsürləri tərk-silah etmək üçün yeni bir “Qisas” əməliyyatı keçirsin. Azərbaycanın bunun üçün gücü və imkanı var. Seperatçıların bölgədən çıxarılması üçtərəfli bəyanatda da əksini tapıb. Bu, sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün çox vacibdir. Tələblər yerinə yetirilməsə, Azərbaycan tam şəkildə beynəlxalq hüquq və qanunlara uyğun olaraq antiterror əməliyyatı başlada bilər”.

Akqabay Mıradov