Çin İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib
    • 4-07-2023, 21:12
    • 276

Çin İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib

Çin Xarici İşlər Nazirliyi müsəlmanlara qarşı hər cür hərəkətə və dini inancları hədəf alan fəaliyyətə qarşı olduqlarını açıqlayıb.

News24.az​​​ "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirdiyi mətbuat konfransında İsveçdə "Qurani-Kərim"in yandırılması ilə bağlı sualı cavablandırıb.

“Heç kəsin ifadə azadlığından münaqişənin başlanması və ya bir sivilizasiyanı digər sivilizasiyaya qarşı qızışdırmaq üçün bəhanə kimi istifadə etməsinə icazə verilməməlidir. Çin Xarici İşlər Nazirliyi müsəlmanlara qarşı hər cür hərəkətə və dini inancları hədəf alan fəaliyyətə qarşıdır", - o bildirib.