-
- 5-07-2023, 17:20
- 307
Dərmanların niyə əvvəlki təsiri qalmayıb? – Professor AÇIQLADI
“İnsanlar dərman vasitələrində əvvəlki keyfiyyəti görmürlər, dərman preparatlarının ictimaiyətə açıq dövlət reyesteri olmalıdır.”
Bu sözləri tibb üzrə elmlər doktoru Adil Qeybulla News24.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, Azərbaycana idxal olunan dərman vasitələrinin keyfiyyətinə nəzarət çox ciddi olmalıdır: ”Həmin məhsulları istehsal edən firmaların adları, hansı ölkənin istehsalı olduğu bir qayda olaraq leqal şəkildə göstərilməlidir. Belə olan halda problemlər də bilinəcək. İndiyədək dərmanların böyük əksəriyyətini Rusiya, Ukrayna və Belarusdan alırdıq. Düşünürəm ki, dərmanların idxalına qardaş ölkə olan Türkiyədən başlasaq, daha məqsədəuyğun olar. Bu, həm keyfiyyətin yüksək olmasına, həm də bu sahədə iki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verə bilər”.
Nərmin Murad