Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşdü
    • 5-07-2023, 20:10
    • 177

Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 5-də ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşüb.

Bu barədə News24.az​​​-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün əhəmiyyəti vurğulanıb, D.Abazoviçin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyəti, o cümlədən irəli sürdüyü mühüm təşəbbüslər barədə bəhs edilib.

Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Eyni zamanda, ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, turizm və digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.