İsveçdə daha üç nəfər dini kitabları yandırmaq istəyir
    • 5-07-2023, 20:54
    • 303

İsveçdə daha üç nəfər dini kitabları yandırmaq istəyir

İsveçdə üç nəfər müqəddəs dini kitabları yandırmaq istəyir. Bununla bağlı polisə müraciətlər daxil olub.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə “Dailymail.co.uk” məlumat yayıb.

Bildirilib ki, onlardan biri 50 yaşlı qadındır. O, "Qurani-Kərim"i Stokholmda məscidin qarşısında daha tez yandırmaq istəyir. Bir kişi iyulun 12-də İsveçin Helinsinqborq şəhərində dini mətnləri, başqa biri, 30 yaşlı kişi isə iyulun 15-də İsrailin İsveçdəki səfirliyinin binası qarşısında Tövrat və İncili yandırmağa hazırlaşır. O, bu addımını “söz azadlığının müdafiəsi simvolu” adlandırıb.

Qeyd edək ki, iyunun 28-də 37 yaşlı iraqlı mühacir Salvan Momikan Stokholmda məscidin qarşısında Qurani Kərimi yandırıb.