Ağ Evdə tapılan kokainlə bağlı Baydenə məruzə olunub - YENİLƏNDİ
    • 6-07-2023, 02:27
    • 176

Ağ Evdə tapılan kokainlə bağlı Baydenə məruzə olunub - YENİLƏNDİ

Ağ Evdə tapılan kokainlə bağlı təhqiqat barədə Co Baydenə məlumat verilir.

Bunu ABŞ prezident administrasiyasının mətbuat katibi Karin Jan-Pyer deyib.

"Prezident bütün mesajları izləyir, ona hazırda məlum olanlar barədə məlumat verilir" - Jan-Pyer qeyd edib.

***

Ekspertiza bir müddət əvvəl Ağ Evdə tapılan tozda kokain aşkar edib.


Bu barədə hüquq-mühafizə orqanlarındakı anonim məlumatlı mənbəyə istinadən CBS News telekanalı məlumat yayıb.

Kanal bildirir ki, toz ABŞ prezidentinin iqamətgahının ziyarətçiləri və əməkdaşlarının ofis otaqlarına girməzdən əvvəl şəxsi əşyalarını qoyub keçdiyi qərb qanadının ümumi sahəsində aşkar edilib. /APA/