Meşədə tapılan insan skeleti ilə bağlı bəzi təfərrüatlar məlum oldu
    • 30-01-2023, 09:37
    • 267

Meşədə tapılan insan skeleti ilə bağlı bəzi təfərrüatlar məlum oldu

Ötən gün Qəbələdə meşədə tapılan insan skeleti ilə bağlı bəzi təfərrüatlar məlum olub.

News24.az
  xəbər verir ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Vəndam meşəbəyliyinin dağlıq ərazisində tapılan cəsəd vəhşi heyvanlar tərəfindən yumşaq toxumaları və sümükləri parçalanmış-didilmiş, yarı çürümüş vəziyyətdə aşkar edilib.

Skelet kişi cinsinə məxsus olub.

Hazırda araşdırma aparılır.