İbtidai sinif müəllimlərin yaşı artıqca uğur qazana bilmirlər — Nazir
    • 6-07-2023, 11:21
    • 278

İbtidai sinif müəllimlərin yaşı artıqca uğur qazana bilmirlər — Nazir

İbtidai sinif müəllimlərin yaşı artıqca uğur qazanmasının azalmasını müşahidə edirik. Sertifikasiya imtahanlında 25-29 yaşlı müəllimlər 99 faiz, 40-49 yaş aralığında olan müəllimlər 68 faiz, 60 yaşdan yuxarı müəllimlərin isə 69 faizi uğur qazanıb. Ümumilikdə isə sertifikasiya imtahanında iştirak edən ibtidai sinif müəllimlərinin 70 faizi uğurlu nəticə göstərib. 

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

E. Əmrullayev bildirib ki, sertifikasiya imtahanında iştirak edən ibtidai sinif müəllimlərinin ümumilikdə 30 faizinin təkmilləşdirilməyə ehtiyacı var.

Qumral ƏLİYEVA