19 yaşlı Təranə doğuş zamanı öldü
    • 6-07-2023, 15:30
    • 830

19 yaşlı Təranə doğuş zamanı öldü

Gürcüstanda 19 yaşlı azərbaycanlı qadın doğuş zamanı ölüb.

News24.az xəbər verir ki, hadisə Marneulidəki doğum evində baş verib. Rayonun Bəylər kənd sakini olan 19 yaşlı Təranə Qəhrəmanova xəstəxanada doğuş keçirəndən sonra vəziyyəti pisləşib və vəfat edib.

Mərhumun ailə üzvləri Təranənin həkim səhlənkarlığı səbəbindən vəfat etdiyini bilidiriblər və Gürcüstanın hüquq-mühafizə orqanlarına şikayət ediblər.