Bakıda doğum evində dəhşətli hadisə - 29 yaşlı qadın öldü-FOTO
    • 26-08-2022, 12:48
    • 805

Bakıda doğum evində dəhşətli hadisə - 29 yaşlı qadın öldü-FOTO

Bakıda 29 yaşlı qadın doğuş vaxtı vəfat edib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evində baş verib. 1993-cü il təvəllüdlü Ellazova Aygül Sahib qızının vəziyyəti doğuşdan sonra kəskinləşib və o vəfat edib.

Hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilir.

Hadisə ilə bağlı Səbail rayon Prokurorluyğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, ana vəfat etsə də, yeni dünyaya gətirdiyi körpəsinin səhhəti normaldır.

Aygül Ellazovanın fotolarını tqədim edirik: