Zaur Baxşəliyev Xəzər televiziyasına GETDİ - FOTO
    • 6-07-2023, 16:16
    • 590

Zaur Baxşəliyev Xəzər televiziyasına GETDİ - FOTO

Azad Azərbaycan televiziyasının (ATV) məşhur aparıcısı Zaur Baxşəliyev Xəzər televiziyasına gedib.

News24.az xəbər verir ki, aparıcı Xəzər TV-də çəkilən görüntülərini sosial media hesabında paylaşıb.

O, müğənni Afşin Azəri ilə birlikdə qonaq olduğu "Səhər Mərkəzi" verilişində yeni ifa etdiyi mahnını səsləndirib.

Zaur televiziyanın rəhbəri, tanınmış şoumen Murad Dadaşovla, eyni zamanda vaxtilə ATV-də birlikdə çalışdığı keçmiş iş yoldaşları ilə də görüşüb.