Yataqxana binası ÇÖKDÜ
    • 12-05-2024, 01:24
    • 303

Yataqxana binası ÇÖKDÜ


Rusiyada beşmərtəbəli yataqxana binasının üç mərtəbəsi çöküb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Komi Respublikasının Peçora şəhərində baş verən hadisə zamanı zərərçəkən olmayıb. Əraziyə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.