-
- 12-05-2024, 01:08
- 374
Ard-arda iki zəlzələ: yaralılar var
Şənbə günü İranın Fars əyalətinin Ahel şəhərində 4,6 və 2,8 bal gücündə iki zəlzələ baş verib.
News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 4,6 bal gücündə birinci zəlzələ Tehran vaxtı ilə saat 13:56-da Fars əyalətinin Ahel rayonunda qeydə alınıb. İkincisi isə afterşok olub və saat 14:06-da eyni ərazidə baş verib.
Zəlzələlər yer səthindən 22 və 10 kilometr dərinlikdə baş verib.
Zəlzələnin episentrində yerləşən Aşkenan rayonunun yerli rəsmisi zəlzələ nəticəsində iki nəfərin yaralanaraq evlərini tərk etdiyini bildirib.
O, yaxınlıqdakı 300-dən çox evin zərər gördüyünü bildirib.