-
- 6-07-2023, 16:53
- 1 902
"Bu daşınmaların Ermənistan ilə əlaqəsi yoxdur" — Hərbi ekspert MÜHÜM FAKTLAR AÇIQLADI
Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.
Bu fikirləri News24.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Bunun Ermənistan ilə əlaqəsi olmadığını deyən ekspert əlavə edib ki, bu daşınmalar Xankəndində erməni tərəfinin daha əvvəl cəmləşdirdiyi silah-sursat arsenalı hesabına həyata keçirilir. Ekspert hesab edir ki, Rusiya sülhmərmalıları erməni silahlılarına kuryerlik etməklə onları bu fəaliyyətlərində daha da cəsarətləndirir:
"Ermənilərin bu fəaliyyətlərini birmənalı olaraq rus kontingent dəstəkləyir. Onlar erməni silahlılarının Qarabağda qalmasının zəmanətçi rolunda kuryerlik edirlər. Erməni silahlıların bu fəaliyyətləri, eyni zamanda onları dəstəkləyən rus kontingentin yarıtmaz fəaliyyəti birmənalı olaraq Azərbaycanın maraqlarına ziddir. Belə bir silah-sursatın Azərbaycan ərazilərində daşınması və yerləşdirilməsi vəziyyəti son dərəcə gərginləşdirə bilər. Bu fəaliyyətlərin qarşısının alınması üçün həmin daşınma marşrutlarının Azərbaycan ordusunun nəzarətinə keçməsi mütləqdir. Çünki Azərbaycan heç bir zaman öz ərazilərində silahlıların mövcudluğuna və onların təminat-təchizatında rusların aktiv fəaliyyətinə göz yummayacaq. Silahlıların da cəzalanması üçün Azərbaycanın kifayət qədər ciddi hüquqi əsasları artıq formalaşıb".
Aynurə PƏNAHQIZI