Ermənistanın keçmiş baş nazirindən ŞOK AÇIQLAMALAR:
    • 6-07-2023, 18:05
    • 183

Ermənistanın keçmiş baş nazirindən ŞOK AÇIQLAMALAR: "Gərək nüvə tullantılarını Qarabağa səpərdik"

“2020-ci ildə Ermənistan müharibəni uduzdu, baxmayaraq ki, qalib gələ də bilərdi”.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bunu iyulun 6-da keçirdiyi mətbuat konfransında Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

Hrant Baqratyan bunun üçün tipik ermənisayağı həll yollarını göstərib.

“Ermənistan üç addım atmalı idi və bununla Azərbaycanı tarixin arxivinə göndərərdi. Bunun üçün Sərsəng məsələsini həll etmək, Xocavənd cəbhəsini ləğv etmək, neft və qaz kəmərlərini “Toçka U” larla vurmaq, cənub cəbhəsi boyunca nüvə tullantılarını səpmək və hər şeyə son qoymaq lazım idi. Müharibədə qalib gəlmək üçün hər şey edilə bilər. Sentyabrın 28-də axşam saatlarında Araik Arutyunyana bütün bunlar barədə məlumat verilib. Mən hələ onu demirəm ki, bizdə istifadə oluna bilən İsgəndərlər olub”, – deyə Baqratyan bildirib.

Necə deyərlər, şərhsiz....