Bakıda avtobus işıq dirəyinə çırpıldı - VİDEO
    • 6-07-2023, 21:09
    • 247

Bakıda avtobus işıq dirəyinə çırpıldı - VİDEO

Bakıda 31 saylı marşrut üzrə işləyən sərnişin avtobusu işıq dirəyinə çırpılıb.

News24.az xəbər verir ki, hadisə “İçərişəhər” metrostansiyası yaxınlığında baş verib.

Hadisə nəticəsində işıq dirəyi sıradan çıxıb, avtobus isə zədələnib.

İşıq dirəyinin dayanacaqda gözləyənlərin üzərinə aşdığı, lakin piyadalar və sərnişinlər arasında xəsarət alanların olmadığı bildirilir.