Qriqoryan Sallivanla görüşdə nəyi müzakirə edib?
    • 7-07-2023, 11:04
    • 206

Qriqoryan Sallivanla görüşdə nəyi müzakirə edib?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla regional məsələləri müzakirə edib. 

News24.az xəbər verir ki, görüş iyulun 6-da Ağ Evdə baş tutub.

“Tərəflər regional və daha geniş qeyri-regional təhlükəsizlik vəziyyəti və çağırışları müzakirə ediblər. Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi həmsöhbətinə bir sıra mühüm istiqamətlər üzrə erməni tərəfinin yanaşmalarını təqdim edib”, - məlumatda deyilir.

Xatırladaq ki, Qriqoryan iyulun 4-də ABŞ-a gedib. İyulun 6-da Vaşinqtonda o, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Derek Hoqan və Atlantik Şuranın analitik mərkəzinin ekspertləri, keçmiş səfirlər və digər beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.

Akqabay