Goradil, Milan, Bodrum...  - Məşhurlarımızın YAY MACƏRASI
    • 7-07-2023, 13:53
    • 610

Goradil, Milan, Bodrum... - Məşhurlarımızın YAY MACƏRASI

Yay fəslinin artıq ikinci ayını yaşayırıq. Yayın gəlişi ilə insanlar işlərini bir kənara qoyub, istirahət planları qurur, ilin yorğunluğu və stressindən xilas olmağa çalışır. 

Bəs, yerli məşhurlar bu yay harada istirahət edir?

Xalq artisti Aygün Kazımova News24.az-a bildirib ki, hələlik tətil planı qurmayıb. Çünki başı özəl tədbirlərə qarışıb. 

Xalq artisti Röya Ayxan da iş başındadır. Doğum günündə “14/41” albomunu təqdim edən sənətçi ard-arda kliplərini təqdim etməklə məşğuldur.

Nura Suri iisə artıq istirahətə yollanıb. O, Bodrumda dincəlir.  Sevda Yahyayeva istirahətə yayın ilk günlərindən başlayıb. O həyat yoldaşı Zakir Bayramovla birlikdə Milandadır. Müğənni Dilarə Kazımova isə istirahətini ertələyib: "Yeni mahnılar və kliplər üzərində işləyirəm. Tətil planım var. Amma hələlik iş başındayam”. 

Müğənni Elnarə Xəlilova övladları ilə birgə bağda dincəlir. Müğənni ən gözəl istirahətin Azərbaycanda olduğunu düşünür. O, yayın əvvəlindən ailəsi ilə birlikdə Goradildəki bağına köçüb. 

Aparıcı Afaq Gəncəli isə dostları ilə qısa bir tətil edib. O, bir neçə günlük Göygölə yollanıb. 

Könül İbrahim