Aygün Kazımovadan ad günündə sevənlərinə hədiyyə - VİDEO
    • 26-01-2022, 12:09
    • 788

Aygün Kazımovadan ad günündə sevənlərinə hədiyyə - VİDEO

Bu gün Xalq artisti Aygün Kazımovanın 51 yaşı tamam olur. 

News24.az xəbər verir ki, müğənni özəl günündə də pərəstişkarlarını unutmayıb və onları sevindirib. Kazımova sevənlərinə hədiyyə təqdim etmək qərarına gəlib.

Pop Diva yeni rusdilli albomundan olan “Nirvana” mahnısına çəkilmiş klipi sevənlərinin ixtiyarına verib.

“Yeni klipimi sizinlə paylaşmaq üçün daha yaxşı gün düşünə bilməzdim!” deyə, A.Kazımova bildirib.

Xalq artisti yeni klip üzərində işləyərkən ətrafına artıq adından söz etdirən peşəkarları toplayıb - klipin rejissoru Əli Abbasov, montajını isə Fuad Əlişov edib.

Pop ulduzun obrazları üzərində isə modelyer Elnarə de Birbuet çalışıb.