Bu sahibkarlara verilən subsidiyalar dayandırılacaq
    • 7-07-2023, 14:21
    • 534

Bu sahibkarlara verilən subsidiyalar dayandırılacaq

Meşə yanğınların qarşısının almaq üçün aidiyyatı qurumları ilə bağlı işlər aparılır.

News24.az
Trend-ə istinadən xəbər verir ki, bunu "Ekologiyanın mühafizəsi" ilə bağlı keçirilən mətbuat konfransda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, Azərbaycanda baş verən yanğınların 99 faizi qəsdən və ehtiyatsızlıqdan baş verir.

"Qəsdən yanğın törədən biçənək və təsərrüfat işləri ilə məğul olan sahibkarlara ayrılan subsidiyalar dayandırılması ilə bağlı müraciət olunub", - deyə o əlavə edib.