Ötən il Azərbaycanda baş verən meşə yanğınlarının sayı açıqlandı
    • 1-02-2022, 16:11
    • 368

Ötən il Azərbaycanda baş verən meşə yanğınlarının sayı açıqlandı

“Ötən il Azərbaycanda 380 hektar ərazidə yanğın hadisəsi baş verib. Təbiətdə ümumən 41 yanğın olub”.

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Xidmət rəisi bildirib ki, əvvəlki illərlə müqayisədə yanğının miqyası dəfələrlə azalıb: “Hadisələrlə bağlı sənədlər toplanılaraq istintaqa təhvil verilib”.