Zaqatalada itkin düşən var, helikopterlə axtarılır
    • 25-07-2018, 10:36
    • 943

Zaqatalada itkin düşən var, helikopterlə axtarılır

Daha bir nəfər Zaqatala rayonunda itkin düşüb.

FHN-ə istinadən xəbər verir ki, 24 iyul axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.