Bakının məşhur bazarı BAĞLANIR
    • 7-07-2023, 16:52
    • 323

Bakının məşhur bazarı BAĞLANIR

Bakıda keçmiş SSRİ zamanından qalan məşhur bazarlarından biri ləğv olunur.

News24.az
Yeniavaz.com-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Montin bazarı”nın sahibi olan “Montin-Bazar” ASC (VÖEN – 1500161721) ləğv olunduğunu açıqlayıb.

Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 8, mənzil 9 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Montin-Bazar” ASC 08.10.1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 194 min 682 manat olan ASC-nin qanuni təmsilçisi Quliyeva Emiliya Əlisa qızıdır.