-
- 8-07-2023, 12:57
- 268
Putinin bu qərarı hər şeyi dəyişəcək - Ekspert
Rusiya prezidenti Vladimir Putin dövlətin inkişafının kapitalist yolu ilə davam etməsindən imtina etməyə yaxınlaşır.
News24.az xəbər verir ki, bunu məşhur rusiyalı iqtisadçı Mixail Xazin deyib.
Onun sözlərinə görə, Putin dəfələrlə yüksək tribunalardan kapitalist və liberal sistemin qlobal miqyasda səmərəsiz olduğunu bəyan edib və bununla da etiraf edib ki, ictimai münasibətlərin bu forması Rusiyaya o qədər də böyük fayda gətirməyib.
“Putin üçün dövlət inkişafının mühafizəkar qüvvələr əsasında mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi daha üstündür. 90-cı illərdə bağlanan müqavilələr buna maneə olur. 30 ildən sonra bunu düzəltmək çox çətin olacaq”.
Arzu