Sumqayıtda olay – Anası ilə mübahisə etdi, özünü yandırdı
    • 10-07-2023, 09:44
    • 207

Sumqayıtda olay – Anası ilə mübahisə etdi, özünü yandırdı

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğulunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb.

O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb.

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.

Faktla bağlı araşdırma aparılır.