Anasını gitara ilə döydü - VİDEO
    • 28-02-2019, 12:11
    • 998

Anasını gitara ilə döydü - VİDEO

Rusiyanın "Dom 2" realiti şousunun iştirakçısı Qabriel Alvares anasını vəhşicə döyüb.

News24.Az Rusiya mətbuatına istinadən bildirir ki, buna səbəb anasının deyingənliyi olub. Qabrielin anası növbəti dəfə onu işləmədiyi, valideyinlərinin hesabına yaşadığı üçün danlayıb. Nəticədə əvvəl mübahisə, sonra isə dava yaranıb. Anasına əl qaldıran Qabriel bununla kifayətlənməyərək, əlinə keçən gitara ilə döyməyə davam edib. Nəticədə, qadının qolu sınıb. 

Hadisə yerinə təcili yardım çağırılsa da qadın xəstəxanaya getməkdən imtina edib. 

Bəlli olub ki, 32 yaşlı Alvares illərdir işləmir və valideyinlərinin hesabına yaşayır.
Onun anası rus, atası isə Latın amerikasındandır. Qabriel uşaqlıqda atası ilə Ekvadorda yaşayıb. Daha sonra Rusiyaya - anasının yanına köçüb.