İtaliyanın 8 şəhərində "qırmızı təhlükə" elan olundu
    • 10-07-2023, 22:12
    • 291

İtaliyanın 8 şəhərində "qırmızı təhlükə" elan olundu

İtaliyanın səkkiz şəhərində kəskin istilər səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan olunub.

News24.az​​​ xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

İtaliyanın paytaxtında havanın temperaturu 37 dərəcəyə çatıb.

Meteoroloqlar xəbərdarlıq ediblər ki, bu həftə İtaliyada Afrika antisiklonuna görə hava rekord səviyyəyə qədər istiləşəcək.