Nazirə etiraz edən deputat İctimai şuradan İSTEFA VERDİ
    • 10-07-2023, 20:44
    • 223

Nazirə etiraz edən deputat İctimai şuradan İSTEFA VERDİ

Milli Məclisin deputatı Etibar Əliyev üzvü olduğu Elm və təhsil nazirliyinin yanında İctimai Şuradan istefa verib.

News24.az xəbər verir ki, E. Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Deputat nazir Emin Əmrullayev tərəfindən şəxsi yazışmalarının ictimailəşdiridiyini və şura üzvlərinin onun təsiri altında olduğunu qeyd edib. E. Əliyev bildirib ki, şəxsi yazışmanın ictimailəşdirəlməsi mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə ziddir: "Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, Şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir. Bütün bunları əsas götürüb, Elm və təhsil nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri - mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm".