Valideynlərə ŞAD XƏBƏR: Bu ərazilərdə yeni bağçalar açılacaq
    • 11-07-2023, 11:44
    • 537

Valideynlərə ŞAD XƏBƏR: Bu ərazilərdə yeni bağçalar açılacaq

Mövcud tələbin çoxluğunu  və məktəbəqədər təhsil müəssisələrinin tutumunu nəzərə alaraq əlavə qrupların açılması ilə bağlı müzakirələr aparılır. 

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu il artıq Suraxanıda iki yeni və Ağalı kəndində 1 yeni məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.

Bildirilib ki, İsmayıllıda və Kürdəmirdə (Laçın bağçası) yeni bağçaların fəaliyyəti ilə bağlı proses artıq yekunlaşmaq üzrədir. 

"Əlavə olaraq yeni tikilmiş məktəbəqədər təhsil müəssisələrinin də fəaliyyətə başlaması üçün sənədləşmə işləri görülür. Bundan başqa, beynəlxalq təşkilatlarla məktəbəqədər təhsilə cəlb olunmanın əhatə dairəsini genişləndirmək üçün alternativ modellərlə bağlı da layihələr icra ediləcək", - deyə məlumatda qeyd olunub.

Aynurə Pənahqızı