“Laçın”dan sui-istifadə: ermənilərin alətinə çevrilən BQXK belə İFŞA OLDU - VİDEO
    • 11-07-2023, 11:18
    • 2 920

“Laçın”dan sui-istifadə: ermənilərin alətinə çevrilən BQXK belə İFŞA OLDU - VİDEO

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. Bu, Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-yə olan etimadından sui-istifadə olunmasıdır.

Qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.

Hərbi ekspert Ədalət Verdiyev News24.az-a bildirib ki, BQXK-ya məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi yolverilməzdir.



O bildirib ki, BQXK maşınlarında qaçaqmal daşınması bu qurumun Azərbaycan ərazisində bizə qarşı qanunsuz fəaliyyətini nümayiş etdirir:

“Dünyada Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının yoxlanılması faktına rast gəlməmişəm. Amma Azərbaycan bu təşkilatın nəqliyyat vasitələrini yoxlayaraq qaçamalçılıq faktlarını videomateriallarla sübut etməklə BQXK-nın iç üzünü açdı. Bu, təşkilatın dünyada biabır olması ilə nəticələndi. Azərbaycan dəfələrlə Xankəndidə fəaliyyət göstərən BQXK-ya Bakı ofisinə tabe olmağı və Azərbaycan ərazisindən keçməklə xəstələrlə işləməyi təklif etmişdi. Deməli məqsədləri yalnız “7 ay mühasirədə olan 135 kq-lıq erməni xəstələri” daşımaqdan ibarət olmayıb. Şübhəm yoxdur ki, BQXK cinayətləri ətraflı araşdırılacaq, qaçaqmalçılıq fəaliyyətinin tarixi, təşkilatçıları, icraçıları barədə beynəlxalq ictimaiyyətə geniş məlumat veriləcək”. 

Ə.Verdiyev qeyd edib ki, Azərbaycan sərhədçilərinin fəallığı nəticəsində digər ölkələr də Beynəlxalq Qızıl Xaç Komitəsini daha yaxından tanıdı: “Deməli, onlar da yaxın müddətdə bu cinayətkar qurum barədə maraqlı faktlar aşkarlayacaq”.

Akqabay Mıradov