Belində bıçaq siqaret çəkməyə çıxdı - VİDEO
    • 28-02-2019, 13:56
    • 1 042

Belində bıçaq siqaret çəkməyə çıxdı - VİDEO

Tatarıstanda bir xəstə belində sancılmış bıçaqla siqaret çəkmək üçün bayıra çıxmaq istəyib.

Fevralın 26-sı xəstəxanaya gətirilən Vladimr adlı şəxsin bu hərəkəti xəstəxana işçilərini təəccübləndirib. Birisi isə onun bu halını görüntüyə alıb.
Məlum halda bayıra çıxmamaq üçün personal yaralı xəstəni yola gətirməyə çalışıb.
Əslində Vladimr hədsiz sərxoş olduğundan belindəki bıçaq yarasının ağrısını hiss etməyib. Bu haqda xəstəxanadan bildiriblər. Yaralı hətta hadisənin necə baş verdiyini belə həmin an xatırlamayıb.
Sonradan aparılan əməliyyat nəticəsində bəlli olub ki, onu eyni evdə yaşadığı qadın bıçaqlayıb. Saxlanılan qadının da həmin vaxt sərxoş olduğu ortaya çıxıb.

Daha sonra yaralı əməliyyat olunub. Hazırda səhhəti normaldır. 

Sözügedən videonu təqdim edirik:

News24.Az