Mövlud Çavuşoğlunun yeni vəzifəsi AÇIQLANDI
    • 12-07-2023, 09:47
    • 154

Mövlud Çavuşoğlunun yeni vəzifəsi AÇIQLANDI

Türkiyə Böyük Millət Məclisinin millət vəkili, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluna yeni vəzifə verilib.

News24.az
xəbər verir ki, Çavuşoğlu bundan sonra ölkəsinin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edəcək.

Xatırladaq ki, M.Çavuşoğlu 1968-ci ildə Antalyada anadan olub. O, 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.