-
- 12-07-2023, 17:27
- 651
"Qapıya çıxdım, gördüm ki, hər yer qandır" - Səs-küyə görə baş verən qətlin TƏFƏRRÜATI
Xəbər verdiyimiz kimi, iyulun 11-də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində Əliyev Cavanşir qonşusu Qasımov Şahları qətlə yetirib. İddialara görə, Şahlar Qasımov özünə məxsus fərdi yaşayış evinin təmiri ilə məşğul imiş. C.Əliyev Ş.Qasımova evin təmiri zamanı səs-küyə etiraz edib. Bu zaman tərəflər arasında dava düşüb.
News24.az hadisənin təfərrüatlarını öyrənmək üçün sözügedən ünvana yollanıb.
Hadisə şahidlərinin sözlərinə görə, qonşular hadisə baş verən vaxta qədər mehriban olublar və aralarında heç bir münaqişə baş verməyib. Şahid - Şahlar Qasımovun qardaşı oğlu deyir ki, hadisə baş verən zaman əmisinin yanında olub:
"Cavanşir dostları ilə məhəllənin o başından söyüş söyə-söyə gəlirdi. Biz də çıxdıq ki, niyə söyüşlə danışırsan, burda anamız-bacımız oturub. Dedi, öz kəndimdi, özüm bilərəm. Əmim də dedi ki, ayıbdır, söyüşlə danışma. Bundan əvvəl də axşam mübahisələri olmuşdu. Əmim evini təmir edirdi deyə səs-küy olurdu. O da bunu bəhanə edirdi. Çavanşir narkomandır, əvvəl də buna görə həbs olunub. Mübahisə zamanı o, evdən bıçaq götürüb üstümüzə gəldi. 3 nəfər idilər. Biz Cavanşiri tutduq ki, vurmasın. O anda mübahisə böyüməsin deyə məni həyətə saldılar. Çıxanda gördüm ki, əmimi budundan bıçaqlayıb. Qapının qabağı bütün qan idi. Tez bıçaqlanan yerini sıxdıq ki, qan itirməsin. Amma faydası olmadı. Təcili yardım çağırdıq, gəldi. Amma xilas eləmək mümkün olmadı. Əmim elə təcili yardım maşınında dünyasını dəyişdi. Şəkər xəstəsi idi, övladı olmurdu deyə, uşaq evindən 2 uşaq götürüb böyüdürdü. O balalar da başsız qaldı. Hadisədən sonra Cavanşirgil qapılarını da qıfıllayıb burdan qaçıblar".
Qumral Əliyeva