-
- 13-07-2023, 11:01
- 357
Bakıdakı terror planının arxasında İran dayanır - İsraildən REAKSİYA
Azərbaycanda İsrail səfirliyinə terror cəhdinin arxasında İran dayanır.
News24.az Trend-ə istinadən bildirir ki, bunu İsrail xarici işlər naziri Eli Kohen bildirib.
İsrailli nazirin sözlərinə görə, Azərbaycanda ələ keçirilən terrorçu İrandan maliyyələşib və oradan bu təlimatı alıb.
Kohen eyni zamanda səfərdə olduğu Serbiyanı da İran terror qruplarına qarşı hərəkətə keçməyə çağırıb:
"İran terrorizmi qlobal təhlükədir, bunu biz son günlərdə İsrailin Bakıdakı səfirliyinə hücum cəhdi ilə, son aylarda isə Kipr və Yunanıstanda israillilər və yəhudilərə hücum cəhdləri ilə də gördük. İrana qarşı yalnız birgə mübarizə nəticə verəcək və bu şəkildə onun regional sabitliyi pozmaqda davam etməsinin qarşısını alacaq".