"Azərbaycan İsraildə səfirlik açdığı üçün İran gözdağı verməyə çalışır” – ŞƏRH
    • 27-01-2023, 14:25
    • 391

"Azərbaycan İsraildə səfirlik açdığı üçün İran gözdağı verməyə çalışır” – ŞƏRH

“Bu hadisə İran dövlətinin himayə etdiyi terror hücumudur".

Bunu News24.az-a açıqlamasında Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu ilə bağlı danışan politoloq Qabil Hüseynli deyib. 

O qeyd edib ki, İran tərəfi hadisənin məsuliyyətindən yayınmaq üçün müxtəlif fikirlər səsləndirsə də, bu hücum Azərbaycan dövlətçiliyinə qarşı çıxan bir hadisədir: “Çox güman ki, hücum beynəlxalq təşkilatlar tərəfindən pislənəcək. Məqsəd isə Azərbaycana gözdağı verməkdir. Azərbaycanın İsraildə səfirlik açması İranı bərk narahat edib”. 

Politoloq bildirib ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməlidir: “Məsələ BMT-də müzakirə olunmalıdır. Çünki bu hücum beynəlxalq hüquq normalarına zidd olan, təhlükəli terror hadisəsidir”.