-
- 28-02-2019, 18:03
- 844
Xırdalanda qurumuş ağacların yerinə yeniləri əkilib - FOTO
Xırdalanda qurumuş ağacların yerinə yeniləri əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, ETSN və Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində bir müddət əvvəl qurumuş və kəsilmiş şam ağaclarının yerinə 100-ə yaxın ağac əkilib, bioloji inkişafda olan ağaclara zəruri aqrotexniki qulluq göstərilib.
Tikinti aparılan ərazidəki qurumuş ağaclar isə Abşeron rayon Prokurorluğunda istintaq aparıldığından maddi sübut kimi saxlanılıb. İstintaq başa çatdıqdan sonra həmin ağacların yerinə yenilərinin əkilməsi təmin ediləcək.
Xatırladaq ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 21 şam ağacının “Xalq city” MTK tərəfindən tikinti işləri aparılan zaman qurudulması, aşması və kəsilməsi faktı ilə bağlı ETSN tərəfindən akt tərtib edilərək təbiətə 8240 manat məbləğində ziyan dəydiyi hesablanmışdı. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilmişdi.