Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından üç il ötdü- VİDEO
    • 14-07-2023, 15:23
    • 185

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından üç il ötdü- VİDEO

Bu gün İkinci Fəxri Xiyabanda Tovuz döyüşləri qəhrəmanlarının anım mərasimi keçirilib.

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarları ziyarət edilib. 
 
İkinci Şəhidlər xiyabanında dəfn edilən şəhidlərin xatirələri ailə üzvləri, Müdafiə Nazirliyinin rəsmiləri, Xətai Rayon İcra Hakimiyyətinin işçiləri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri tərəfindən anılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamla həmin il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Nərmin Murad
Nicat Niftəliyev