-
- 14-07-2023, 15:24
- 197
Makron parada yeni zirehli avtomobili ilə gəldi - FOTO
Fransa prezidenti Emmanuel Makron Bastiliyanın alınması günü şərəfinə keçirilən hərbi paradda ölkənin premium brendi DS-yə aid olan yeni zirehli avtomobilini nümayiş etdirib.
News24.az BFMTV telekanalına istinadla xəbər verir ki, Makron parada DS 7 E-Tense 4X4 300 bazasında yeni DS 7 ELYSÉE avtomobili ilə gəlib.
Bildirilir ki, avtomobilin prezident variantı zirehlidir, uzadılmış şassi və xüsusi avadanlıqardan ibarətdir. Maşın tünd göy rəngdədir. DS avtomobilinin orijinal versiyası hibriddir və həm yanacaq, həm də elektrik enerjisi ilə işləyir.
Makron ardıcıl olaraq prezident avtomobili kimi DS avtomobillərini seçir. Fransa prezidenti 2017-ci ildə DS 7 “Crossback Presidentiel” krossoveri ilə and içmə mərasiminə gedib. 2021-ci ildə isə DS 7 “Srossback Elysee” hibrid avtomobilinə keçib.
Akqabay